24 
İyl
2017
17:32
56
503
25280
Virtual karabakh

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO

24 İyl, 2017
17:32
25280

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda qəribə hadisə baş verib. 11-ci mikrorayon, ev 34, mənzil 68-də yaşayan 1982-ci il təvəllüdlü Əliyeva Bülbül həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib. 

Oxu.Az xəbər verir ki, bu barədə qadının həyat yoldaşı Bəhruz Əliyev Xeberle-yə məlumat verib. 

O bildirib ki, həyat yoldaşı Bülbül 7 iyulda həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: “Evdə sənədlərə baxdım, gördüm ki, şəxsiyyət vəsiqəsi evdədir, amma xarici pasportunu götürüb gedib. Bizim rəsmi nikahımız var. 15 ildir ailə həyatı qurmuşuq, aramızda indiyədək heç bir ciddi ailə münaqişəsi baş verməyib”.

B. Əliyev həyat yoldaşı ilə həmin müddətdən sonra heç bir əlaqə yarada bilmədiklərindən Bülbülün yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aidiyyəti qurumlardan isə ona araşdırma aparıldığı deyilib.

Bəhruz deyir ki, tanışları vasitəsilə araşdırma aparıb və müəyyən edib ki, həyat yoldaşı həmin gün Bakı vaxtilə saat 14:38-də Azərbaycanı tərk edib və hazırda Ankaradadır. O, hətta Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri