25 
İyl
2017
17:59
17
291
4243
Virtual karabakh

Bakıda ağac qətliamı – FOTO + YENİLƏNİB

25 İyl, 2017
17:59
4243

Bakıda ağac qətliamı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Oxu.Az-a daxil olan məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müyəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.

Araşdırma zamanı məlum olub ki, Səbail rayon İcra hakimiyyəti Başçısının 14.07.2017-ci il tarixli 98 saylı Sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısında yerləşən mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.

Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısı Əli Mehdizadəyə təhvil verilib. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib. 

11:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi yüksək məbləğdə cərimələrə və Baş Prokurorluğun başladığı cinayət işlərinə baxmayaraq, Bakıda yaşıllıqlar durmadan məhv edilir.

Sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsindəki park dağıdılır və yerində restoran tikilir.

Əhali bu barədə bütün aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda nazirliyin əməkdaşları sözügedən ünvandadırlar. Araşdırma aparılır. Nəticə mətbuata bildiriləcək.

Sakinlərin göndərdiyi şəkillərdən göründüyü kimi artıq ağacların ölüm hökmü verilib...

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri