25 
İyl
2017
12:16
174
14
3740
Virtual karabakh

Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

25 İyl, 2017
12:16
3740

Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb”.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Lent.az-a Krasnoyarskdakı diaspora fəallarından olan Nəsimi Həsənov bildirib.

N.Həsənovun sözlərinə görə, hazırda həlak olmuş həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi üçün müvafiq işlər aparılır.

“5 nəfərin sənədləşmə işləri, habelə ekspertizası vaxt aparan məqamlardır. Ona görə meyitlərin dərhal Azərbaycana göndərilməsi yubanır. Güman edirəm ki, sabah, uzağı biri günə meyitlər göndəriləcək”, - deyə o bildirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri