25 
İyl
2017
14:00
37
68
7957
Virtual karabakh

“Sipark Boutique Hotel”: Bodrumda zövqlü istirahət, münasib qiymət – FOTO

25 İyl, 2017
14:00
7957

“Sipark Boutique Hotel”: Bodrumda zövqlü istirahət, münasib qiymət – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turizm mövsümü yaxınlaşdıqca artıq istirahət planları qurulmağa başlanılır. Azərbaycanın görməli yerləri ilə tanış olan vətəndaşlar digər ölkələrdə də dincəlməyə can atırlar. Xüsusilə, qonşu ölkələr - Rusiya, Türkiyə, Gürcüstan və  İranda dincəlmək istəyinlərin sayı çoxluq təşkil edir. Ölkəmizdən kənarda daha ucuz və münasib şərtlərlə hotel tapmaqda çətinlik çəkənlər isə az deyil.

Türkiyənin dünyada tanınmış turizm mərkəzi olan Bodrumun Gümbet bölgəsində yerləşən “Sipark Boutique Hotel” bu mənada müştərilərini sevindirməyə  hazırdır. Burada müştəriyə göstərilən xüsusi diqqət və qayğı, təqdim olunan ləziz təamlar, əyləncə, zövqlü istirahət, münasib qiymət və s. sizi razı salacaq.

Hotel XXI əsrin ən yüksək texnologiyalarına uyğun inşa edilib və müştərilərə 2014-cü ildən bəri xidmət göstərir.

“Sipark Boutique Hotel” butik kateqoriyasında 5 ulduzlu hotellə eyni xüsusiyyətləri daşıyır və müştərinin arzu etdiyi keyfiyyəti sərfəli şəkildə təqdim edir.

Buranın seçməyinizin digər özəlliyi isə ondan ibarətdir ki, sözügedən məkanda böyük hotellərdəki kimi sıxlıq yoxdur və kiçik hotellərlə müqayisədə daha keyfiyyətli, səliqəli, zövqoxşayan və təmizdir.

Hotel Bodrumdan 5 km, hava limanından isə 45 km uzaqlıqda yerləşir. Qonaqların hotelə çatdırılması və hoteldən geri qaytarılması üçün komfortlu nəqliyyat vasitələrindən istifadə olunur. Bu xidmət isə pulsuz şəkildə həyata keçirilir.

“Sipark Boutique Hotel” Egey dənizinin mənzərəli sahilindən 200 metr aralıda yerləşir və Bodrumun əsrarəngiz çimərlikləri, alış-veriş mərkəzləri, əyləncə məkanları, diskoteka və barlarına yaxındır. Həmin məkanlarda Türkiyənin məşhur ulduzları - Demet Akalın, Hande Yener, Serdar Ortaç hər həftə konsert proqramı ilə çıxış edirlər.

Bodrumda 2003-ci ildən bəri hər il yaz aylarında Beynəlxalq Bodrum Balet Festivalı, 2010-ci ildən etibarən Bodrum Barok Musiqi Festivalı, 2014-ci ildən isə Beynəlxalq Bodrum Bienali keçirilir. Hotelin qonaqları bu tədbirləri oraya yollanıb izləyə bilməsi üçün komfortlu avtomobillərlə təmin olunur.

Bodrum şəhəri Bodrum Qalası, Mavzoley, Antik Teatr, Mindos Qapısı kimi tarixi abidələri və məkanları ilə də məşhurdur. İki liman arasında, üç tərəfi dənizlərlə əhatəli qayalıq yarımada üzərində yerləşən Bodrum Qalası, dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən Mavzoley, Helen dövründən günümüzə qədər gəlib çatan Antik Teatr və Bodrumum Qərb tərəfində yerləşən Mindos Qapısı kimi tarixi abidələri hotel tərəfindən təmin olunan nəqliyyat vasitəsilə asanlıqla ziyarət edə bilərsiniz.

Ümumilikdə hotelə 39 otaq, 1 hovuz, 1 əsas restoran, 1 “A la carte” restoranı, 1 hovuz-bar və “lobby-bar” daxildir.

39 otaqdan 32-si standart, 5-i ailəvi, 2-si “suit” otaqlardır. Bütün otaqlarda telefon, mini-bar (“extra”), “Safe box”, LCD TV, saç qurutma cihazı, kondisioner, telefon, “french” eyvan mövcuddur. “Sipark Boutique Hotel”in xüsusi dizaynlı yataq və qonaq dəstləri isə insana komfort və əsl istirahət bəxş edir.

“Sipark Restaurant & Bar” ora təşrif buyuran qonaqlara türk və dünya mətbəxinin ləziz təamlarını təqdim etməklə, səhərdən gecənin irəliləyən saatlarına qədər xidmət göstərir.

Restorant-barda səhər yeməyi zamanı isti içkilər və soyuq meyvə suları müştərilərə pulsuz təklif olunur.

Dostlarınız və yaxınlarınız ilə birlikdə vaxt keçirəcəyiniz “Sipark Restaurant”, “Cafe&Bar”, “A la Carte Restaurant”, “Pool Bar” sizə unudulmaz anlar bəxş edəcək.

Əgər “A la carte” restoranında yeməkləri dadmaq istəyirisinizsə, bu o deməkdir ki, burada menyu-sıralaması yoxdur və istədiyiniz ardıcıllıqla sifariş verə bilərsiniz. Sizə bir-birindən fərqli yeməklər eyni anda (“À la minute”) hazırlanıb təqdim olunacaqdır.

Burada müştərilərə Türkiyə və dünya mətbəxinin müxtəlif yeməkləri təklif olunur.

Hovuz-barda su idmanını sevənləri əsl əyləncə gözləyir.  Burada hovuz voleybolu, basketbol, su topu ilə məşğul ola bilərsiniz.

“Sipark Boutique Hotel” müştərilərinə hovuzda həm günəş vannası qəbul edərək,  həm də üzərək yorğunluğunuzu çıxarmağınız üçün hər cür xidməti təklif edir. Burada fitnessdən pulsuz istifadə edə bilərsiniz.

Həmçinin hoteldə faydalana biləcəyiniz digər pulsuz xidmətlər də mövcuddur:

- Bütün otaqlarda və lobbi-barda Wİ-Fİ;

- Otaqların gündəlik təmizliyi və xalıların dəyişdirilməsi;

- Faks, telefon və fotokopiya;

- “Lunch” paket xidməti.

Eyni zamanda nəqliyyat vasitələrinizi rahatlıqla park etmək üçün açıq avtopark və “Valet” xidmətindən də pulsuz şəkildə yararlana bilərsiniz.

Ümumiyyətlə, hoteldə həm istirahət, həm də əylənməklə bərabər qonaqların istəyi ilə qış mövsümündə iş görüşmələri və ya toplantılar da təşkil edilə bilər.

Təqdim olunan keyfiyətli xidmət və sərfəli qiymət müqabilində hotelə yerli vətəndaşlar və azərbaycanlılarla yanaşı, Almaniya, İngiltərə və digər ölkələrdən tez-tez qonaqlar təşrif buyururlar.

Qiymətlərlərdən söz düşmüşkən, qeyd edək ki, bu, tarixlərə görə dəyişir. Məsələn, iki nəfər üç gün ərzində hoteldə istirahətinə orta hesabla 169,2 ABŞ dolları xərcləməli olacaq.    

Bütün bu xidmətlərdən yararlanmaq istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:

Mail: [email protected]

Telefon: +90 252 319 17 11

Fax: +90 252 319 24 43

Ünvan: Adnan Menderes Caddesi No: 23

Gümbet / Bodrum / Muğla / Türkiye

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri