25 
İyl
2017
13:46
44
22
1668
Virtual karabakh

“Mətanət A” şirkəti “Yay təcrübə proqramı”na start verib

25 İyl, 2017
13:46
1668

“Mətanət A” şirkəti “Yay təcrübə proqramı”na start verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq daim tələbələrin yay təcrübə proqramlarında iştirak etmələrini təşkil edir, onlara peşəkar karyeraya ilk addımlarını atmalarına dəstək göstərir. Hazırda şirkət 2017-ci il üçün “Yay təcrübə proqramı”na start verib. Bu dəfə Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbələrinin 1 ay müddətində iştirakı nəzərdə tutulur.  Proqram çərçivəsində tələbələr üçün universitetdə öyrəndikləri nəzəri bilikləri şirkətin müxtəlif şöbələrindəki dinamik iş mühitində tətbiq etmək şəraiti yaradılacaq, həmçinin ekoloji sağlam inşaat materiallarının istehsal olunduğu ən son avadanlıq və texnologiyalarla təchiz edilmiş zavodlara ekskursiyalar təşkil ediləcəkdir. Bundan başqa, tələbələr üçün inşaat sektoru, inşaat sektorunun milli iqtisadiyyatda rolu barədə birbaşa mənbədən bilik və ilkin təcrübə əldə edərək məsuliyyətli layihələrdə iştirak edib öz təkliflərini verə bilmələri üçün şərait yaradılacaqdır. Proqramı uğurla başa vuran tələbələrin gələcəkdə şirkətdə işlə təmin olunması nəzərdə tutulur.

Yarandığı gündən daim nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti ilə milli iqtisadiyyatın və sənayenin inkişafına hər zaman öz töhvəsini vermişdir. Azərbaycanda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. AĞDAĞ, FASNATURAL, ROKOL, İzoLatexe, PARAKONTAKT, FASMATİK, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan Mətanət A keramika yapışdırıcısı və s. məhsullara təlabat həm yerli, həm də beynəlxalq bazarlarda  günü-gündən artmaqdadır. Hazırda şirkət Rusiya, Gürcüstan, Qazaxstan, Ukranya, İran, Türkmənistan və digər ölkələrə sistemli şəkildə məhsul ixracatını artırmaqla yanaşı daha rəqabətə davamlı məhsullar istehsal etmək və milli brendlərimizi tanıtmaq üçün həmin ölkələrdə zavod tikərək yerli istehsalın yaradılması istiqamətində işlər görməkdədir.  Yaxın Şərq, Orta Asiya və Ərəb ölkələrinə məhsul ixracı ilə məşğul olan iş adamları və layihə rəhbərləri əməkdaşlıq imkanları ilə daha yaxından tanış olmaq üçün *3030 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayıb İxracat Departamenti ilə ətraflı müzakirə edə bilərlər.

Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

Daha ətraflı: *3030 Çağrı Mərkəzi

www.matanata.com

www.facebook.com/MatanatA.company

www.youtube.com/MatanatAcompany

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri