25 
İyl
2017
14:31
109
186
9376
Virtual karabakh

DİN yeni zirehli texnika ilə təhciz olunur – FOTO

25 İyl, 2017
14:31
9376

DİN yeni zirehli texnika ilə təhciz olunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada-Azərbaycan birgə müəssisəsi “AZCAN Defence Solutions” ( “İNKAS Armored Vehicle Manufacturing” Kanada  şirkəti ilə birgə təsis olunub) Azərbaycan Daxili İşlər Nazirliyinə APC-Armored Personnel Carriers zirehli piyada döyüş maşınlarının satışına dair müqavilə imzalayıb. 

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, şirkət artıq bir neçə döyüş maşınını Azərbaycana çatdırıb.  

İNKAS şirkətinin vitse-prezidenti, eyni zamanda AZCAN Defence Solutions şirkətinin baş meneceri Roman Şimonov bildirib ki, onların şirkəti zirehli avtomaşınları Azərbaycana ixrac etmək üçün Kanadanın xarici işlər Departamentinin bütün prosedurlarından keçib və hərbi texnikanın ixracı üçün icazə alıb. 

Şimonov bildirib ki, İNKAS şirkəti hərbi maşınlar yox, hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal edir. Bununla belə şirkətin saytında göstərilir ki, ARC zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.

İNKAS “Huron” ARC çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında istifadə olunmaq üçün layihələndirilib.

2016-cı ilin sonlarından fəaliyyətə başlayacağı elan edilən AZCAN birgə müəssisəsi həmin zirehli maşınların Bakıda birgə istehsalını təşkil edərək onları dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırıb. Həmin maşınların Kanadada yığılan ilk partiyası Azərbaycan DİN-ə satılıb.

Əslində həmin avtomobillərin  istehsalı üçün lazım olan polad da Azərbaycandan alınıb. Şirkət zirehli avtomobillərin artıq ikinci partiyasını nazirliyə çatdırıb. Lakin müqavilədə cəmi neçə avtomobilin satışının nəzərdə tutulduğu məlum deyil. 

Xatırladaq ki, Azərbaycan DİN son illərdə Türkiyə və İsrail istehsalı olan zirehli transportyorlar alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri