26 
İyl
2017
15:09
58
20
3125
Virtual karabakh

“Active Mom’s Club” uşaqlar üçün yay düşərgəsi təşkil etdi – FOTO

26 İyl, 2017
15:09
3125

“Active Mom’s Club” uşaqlar üçün yay düşərgəsi təşkil etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir mobil telefon olmadan nəfəskəsici kvestlər, piyada yürüşlər, ekskursiyalar, master- klasslar!

Günəş, istirahət, macəra və xoş təəssürat hər bir uşağın  arzularıdır. Uşaqlar üçün dostlarının əhatəsində, təbiət qoynunda, maraqlı tədbirlərdə iştirak edərək, yeni məşğuliyyət taparaq yay tətilini keçirməkdən daha yaxşı nə ola bilər?! “Active Summer Camp” bu aktiv istirahətlə uşaqlarda sosial biliklərin formalaşmasının inanılmaz uyğunluğudur və bütün bunların üzərində öz işinin peşəkarları olan komanda çalışıb.

Oxu.Az xəbər verir ki, uşaqlar üçün düşərgənin təşəbbüskarı və təşkilatçısı Azərbaycan analar cəmiyyəti “Active Mom's Club”dır.

Yay düşərgəsi iki hissədən ibarətdir. Hər bir hissə kiçik və qeyri-adi tarixi hadisədir, hansı ki, uşaqları yeni və əyləncəli macəranın bir hissəsinə çevirir. Hər bir növbədə tapşırıqlar olan tematika təyin olunmuş, müsabiqələr təşkil edilmişdi. Düşərgənin faydalı tərəfi ondan ibarətdir ki, uşaqlar dincəldilər, möhtəşəm təəssürat aldılar, həmçinin bilməli olduqları mühüm bilikləri əldə etdilər.

İyulda baş tutan yay düşərgəsinin ilk növbəsində uşaqları təcrübəli şəxslər - idman təlimçiləri, psixoloq müşayiət edirdilər. Onlar uşaqlar üçün master-klass təşkil edirdi. Yay düşərgəsinin proqramının əsas prinsipi “Əyləndirərək cəlb edirik” şüarı oldu.

Düşərgənin rəhbəri Ruqiyə Əşrəfli vurğuladı ki, uşaqların özləri üçün araşdırmasını, yenilikləri kəşf etməsini, yeni nələrsə öyrənməsini izləmək maraqlı idi.  

Diqqətçəkən proqram, maraqlı gəzintilər, yeni dostlar - hər gün düşərgə möhtəşəm təəssürat oyadırdı.  8 gün ərzində uşaqlar psixoloqla, ingilis dili ilə, rəqslə məşğul oldular, çay daşlarını rənglənməsi təlimini öyrəndilər, dağa qalxdılar, arıların fermasını ziyarət etdilər, traktorda gəzdilər. Düşərgədə hökm sürən yaradıcı ab-hava hər bir uşağa təsir edərək, onda olan ən yaxşı keyfiyyətləri üzə çıxarmağa yardım edirdi. Təlimin sadə oyun formasının sayəsində artıq birinci həftədə uşaqlar gözə çarpan nəticələrə nail olmağı bacardı.

Düşərgədə olma uşaqların ünsiyyətdə çətinliklərin öhdəsindən gəlməsinə və özündən əminliyin formalaşmasına səbəb oldu.  Bunu bütün həftəni düşərgə iştirakçıları ilə keçirən, onlarla məşğul olan uşaq psixoloqu Elnarə Şahbazzadə qeyd etdi. Mütəxəssislər tərəfindən göstərilən kiçik diqqət sayəsində sərf edilmiş əmək öz bəhrəsini verdi.   

“Burada müxtəlif xarakterli uşaqlar çoxdur. Birlikdə yaşamaq üçün onlar valideyn köməyi olmadan, sərbəst şəkildə, bir-biri ilə əlaqə qurmalı, ortaq dil tapmalıdırlar. Uşaqların düşərgədə istirahət etməsinin daha bir üstün cəhəti - ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və özünə inamın artmasıdır”, - deyə psixoloq vurğulayıb.

Təşkilatçılar bildirir ki, düşərgənin proqramı 8-13 yaş arası uşaqlar üçündür və onların hər bir hadisədə iştirakı nəzərdə tutulub.  Düşərgə müxtəlif yaş təbəqəsinə aid olan qızlar və oğlanlar üçündür, onlar arasındakı fərqliliyi aradan qaldırır və qarşılıqlı yardım şəklində həyata keçirilir.

Qeyd edək ki, təşkilatçılar düşərgənin 6-12 avqustda baş tutacaq ikinci hissəsi üçün hazırlaşır. Uşaqları maraqlı və faydalı asudə vaxt gözləyir: təbiətdə istirahət, nəfəskəsici kvestlər, ekskursiyalar, piyada yürüşlər və bütün həftə boyu psixoloqla məşğuliyyət. Bütün bunlar  telefon olmadan baş tutacaq. Ancaq idman, yaradıcılıq, ünsiyyət və təmiz hava.

Bu layihə daha da irəliyə gedərək genişlənib, inkişaf edəcək. Çünki onun əsas missiyası uşaqlara özünə inamı və müstəqilliyi aşılamaqdır.  Yay düşərgəsinin növbəti yığımında yeni oyunlar, yeni sınaqlar, yeni tanışlıqlar gözlənilir.

Yay düşərgəsinin ikinci hissəsi üçün yığım 22 iyula qədərdir. Daha ətraflı linkdən öyrənə bilərsiniz: https://www.facebook.com/events/711575372379464/?ti=cl

Daha ətraflı məlumata “Active Mom’s Club” səhifələrindən baxmaq mümkündür.

Qapalı qrup: https://www.facebook.com/groups/activemomsclub/

Şəxsi səhifələr: 

https://www.facebook.com/ActiveMomsClub/ 

https://www.instagram.com/activemomsclubbaku/

“YouTube” kanalı - https://www.youtube.com/channel/UCTPEmIERJjc9_QnjtNUjRdg

Elektron ünvan: [email protected]

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri