26 
İyl
2017
16:31
146
32
1283
Virtual karabakh

Xızıda ağac kəsən cərimələnib

26 İyl, 2017
16:31
1283

Xızıda ağac kəsən cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N. Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri