27 
İyl
2017
09:33
56
24
4256
Virtual karabakh

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI

27 İyl, 2017
09:33
4256

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 45 yaşdan sonra subay kimi ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

Oxu.Az xəbər verir ki, Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, bu fərq daha çox yaşı 60-dan yuxarı olan qadın və kişilər arasında özünü göstərib.

Ötən il yaşı 60-dan çox olan 639 kişi evləndiyi halda, cəmi 141 qadın ailə həyatı qurub.

Ümumilikdə 2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında olan 1093 kişi, 50-59 yaş arasında 1167 kişi, 60 və yuxarı yaşda olan 639 kişi nikah bağlayıb.

Ötən il 45-49 yaş arasında nikaha daxil olan qadınların sayı 666, 50-59 yaşda nikaha daxil olanların sayı 698, 60 və yuxarı yaşda ailə quran qadınların sayı 141 nəfər olub.

2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında evlənən kişilərin 607-si, 50-59 yaş arasında evlənən kişilərin 418-i, 60 və yuxarı yaşda evlənən kişilərin 174-ü heç vaxt nikahda olmayıb.

2016-cı ildə ölkədə 45-49 yaşda ailə quran qadınların 499-u, 50-59 yaşda ailə quran qadınların 453-ü, 60 və yuxarı yaşda ailə quran qadınların 60-ı heç vaxt nikahda olmayıb.

Keçən il 45-49 və 60 yaşdan sonra subay olaraq ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınları üstələsə də, 50-59 yaş arasında subay kimi ailə quran qadınların sayı kişilərin sayından çox olub.

Azərbaycanın şəhərlərində 45 yaşdan sonra evlənən, eyni zamanda, subay olaraq ailə həyatı quran kişilərin sayı kənd yerləri ilə müqayisədə daha çoxdur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri