27 
İyl
2017
11:45
179
15
4165
Virtual karabakh

Bakı sakinləri ağacları məhv edənləri ifşa etdilər – FOTO

27 İyl, 2017
11:45
4165

Bakı sakinləri ağacları məhv edənləri ifşa etdilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin 100-ə yaxın sakini bir qrup şəxsin qanunsuz əməllərinin ifşası üçün Enter.News saytına yazılı müraciət ediblər. Onlar həmin müraciətlərini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanlayıblar.

Oxu.Az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, yaşadıqları Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov 91 saylı binanın qarşısında, insanların illərlə saldığı yaşıllıq zolağını indi hansısa qrup gecələr məhv etməklə məşğuldur. 

Onlar təqdim etdikləri sənədlərdə ağacların kəsildiyini özündə əks etdirən fotofaktlar təqdim ediblər.

Xatırladaq ki, ölkə rəhbəri İlham Əliyev uzun illərdir ki, Bakıda yaşıllığın qorunması üçün ciddi şəkildə tapşırıqlar verib. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkədə, xüsusilə də Bakı şəhərində yaşıllığın qorunması üçün ciddi layihələr həyata keçirirlər.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilmiş ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

Həmin faktla bağlı Baş prokuror tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktları ilə bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmələri tövsiyə edilir.

Bina sakinləri ümid edirlər ki, onların fotofaktlar əsasında etdikləri müraciətə reaksiya veriləcək və hüquq-mühafizə orqanları həmin işi araşdıraraq, ekologiya düşmənlərini layiqli şəkildə cəzalandıracaq.

Oxu.Az bina sakinlərinin məktubunu və kəsilmiş ağacların şəkillərini təqdim edir:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri