27 
İyl
2017
15:15
28
287
8794
Virtual karabakh

Lerikdə broyler fabrikində partlayış: Ölən var – YENİLƏNİB

27 İyl, 2017
15:15
8794

Lerikdə broyler fabrikində partlayış: Ölən var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçilərə dəyib.

Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

13:25

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

12:42

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.

O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür.

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.

11:47

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri