27 
İyl
2017
12:10
9
219
7212
Virtual karabakh

Azərbaycanda 20 yaşlı hamilə qadının intiharının TƏFƏRRÜATI

27 İyl, 2017
12:10
7212

Azərbaycanda 20 yaşlı hamilə qadının intiharının TƏFƏRRÜATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam saatlarında Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

Bildirilir ki, 20 yaşlı Fəridə ailəli, 1 uşaq anası olub. O, bibisi oğlu ilə ailə həyatı qurubmuş. Lakin həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olması səbəbindən ailədə narazılıqlar yaranırmış. O da məlum olub ki, F.Salmanova bir neçə aylıq hamilə olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri