27 
İyl
2017
12:36
51
203
15772
Virtual karabakh

Şiddətli istilər geri qayıdır – XƏBƏRDARLIQ

27 İyl, 2017
12:36
15772

Şiddətli istilər geri qayıdır – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda iyulun 28-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-qərb küləyi  gündüz mülayim cənub  küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  22-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  35-37° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan  aşağı - 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 40-50% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri