27 
İyl
2017
16:12
31
172
20120
Virtual karabakh

“Space” TV-də qalmaqal – YENİLƏNİB

27 İyl, 2017
16:12
20120

“Space” TV-də qalmaqal – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Space” TV-də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

Oxu.Az xəbər verir ki, telekanalın icraçı direktoru Kamil Şahverdi Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Mən şəhərdə deyiləm, hadisə ilə bağlı məlumatım yoxdur. İşə gedib, nə baş verdiyini öyrənəcəm. Ancaq onu deyə bilərəm ki, adıçəkilən hər iki işçi öz ərizəsi ilə işdən gedib”.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, sözügedən məsələdə adı hallanan rejissor Aynur Qiyasi 2016-cı ilin aprel ayından “Space” TV-də çalışır. O, məlum hadisədən sonra yenidən işə bərpa olunmaq üçün anası ilə telekanalın rəhbəri Vaqif Mustafayevin qəbuluna düşmək üçün gəlib. Lakin rejissorun cəhdi uğursuz olub.

14:56

Bu gün “Space” TV-də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub. Mənbənin saytımıza verdiyi məlumata görə xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. 

Oxu.Az bizimyol-a istiandən xəbər verir ki, efir bitdikdən sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki əməkdaş kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı saytımızın əməkdaşı telekanalın Xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıb. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri