27 
İyl
2017
16:57
31
173
6442
Virtual karabakh

Yevlaxda xəstəxanada baş verən yanğın söndürüldü – FOTO + YENİLƏNİB

27 İyl, 2017
16:57
6442

Yevlaxda xəstəxanada baş verən yanğın söndürüldü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.

16:30

“Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib”.

Oxu.Az xəbər verir ki, bunu Report-a Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyəsi başa çatıb: “Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunublar. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyə olunub. Yanğın şaxtada olan elektrik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda əraziyə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də, tüstülənmə davam edir”.

15:52

Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub.

Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

14:58

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri