27 
İyl
2017
16:29
7
126
1495
Virtual karabakh

6 ay ərzində 48 nəfər ölüb, 161 nəfər yaralanıb – RƏSMİ

27 İyl, 2017
16:29
1495

6 ay ərzində 48 nəfər ölüb, 161 nəfər yaralanıb – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb.

Oxu.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub. Eyni zamanda, bildirilib ki, 2017-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.

Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 1076 çıxış;

açıq sahələrdə yanğınlar – 2901 çıxış;

meşə və meşə talalarında yanğınlar - 2; 

nəqliyyat vasitələrində yanğınlar – 155 çıxış;

digər yanğınlar – 1110 çıxış təşkil edib.

Rəsmi məlumata görə, yanğın hadisələri zamanı 35 nəfər həlak olub. 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri