27 
İyl
2017
16:59
21
68
3445
Virtual karabakh

Azərbaycanda peşə məktəblərinə qəbulla bağlı YENİLİK

27 İyl, 2017
16:59
3445

Azərbaycanda peşə məktəblərinə qəbulla bağlı YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu “Asan peşə” layihəsi çərçivəsində “Asan xidmət” mərkəzlərində də aparılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq, Təhsil Nazirliyi və “Asan xidmət”in "Asan peşə" birgə layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərindəki ilk peşə ixtisas müəssisələrinə sənəd qəbulu aparılıb: “Bu il isə bu layihənin miqyası genişlənib. Layihə bu il bütün Azərbaycanı əhatə edir”.

C.Valehov deyib ki, şagirdlər avqustun 1-dən 22-dək şəxsiyyət vəsiqələrini və təhsil haqqında attestatları təqdim etməklə həm Bakı, həm də Gəncədə fəaliyyət göstərən “Asan xidmət” mərkəzlərində sənədlərini elektron qeydiyyatdan keçirə bilərlər.

C.Valehov deyib ki, əgər şagirdlər dövlət hesabına təhsil almaq istəyirlərsə, “Asan xidmət” mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə müvafiq olaraq, ilk peşə ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçə bilərlər.

Sektor müdiri əlavə edib ki, ilk peşə ixtisası müəssisəsinə sənəd vermək istəyənlər ərizələrində 10 ixtisası qeyd edə bilərlər. Qəbul zamanı onların orta attestat balı nəzərə alınacaq.

C.Valehov deyib ki, vətəndaşlığı olmayan şagirdlər ilk peşə ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri