27 
İyl
2017
23:21
24
250
4471
Virtual karabakh

Toyuq dönəri yeyənlərin diqqətinə: Zəhərlənə bilərsiniz – VİDEO

27 İyl, 2017
23:21
4471

Toyuq dönəri yeyənlərin diqqətinə: Zəhərlənə bilərsiniz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İllərdir ki, toyuq dönəri qadağan edilsə də, buna əməl edən yoxdur.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib. 2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.

Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.

Ona görə də sakinlər dönər alarkən diqqətli olmalıdırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri