Avq
2017
16:51
34
368
30539
Virtual karabakh

Yanan “Gelandewagen” bu avtomobillə yarışırmış - FOTO

4 Avq, 2017
16:51
30539

Yanan “Gelandewagen” bu avtomobillə yarışırmış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin dediyinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan “Gelandewagen” başqa bir avtomobillə ötüşürmüş.

Sosial şəbəkələrdə də artıq bu barədə məlumatlar dolaşır. Sözügedən nəqliyyat vasitəsinin 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” ilə yarışdığı bildirilir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri