Avq
2017
18:45
78
349
21088
Virtual karabakh

Rusiyada çeçenlərlə azərbaycanlılar arasında qanlı dava - VİDEO

7 Avq, 2017
18:45
21088

Rusiyada çeçenlərlə azərbaycanlılar arasında qanlı dava - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Zelenoqrad şəhər kafelərinin birində çeçenlərlə azərbaycanlılar arasında dava olub.

Oxu.Az-ın haqqin.az-a istinadən verdiyi məlumata görə, dava iştirakçıları travmatik silah və bıçaqlardan istifadə edib. Nəticədə 1 çeçen ölüb, daha üç nəfər yaralanıb.

Hadisə avqusun 6-da, səhər saat 5:00-da, General Alekseyev küçəsində yerləşən kafelərin birində baş verib.

Məlumata görə, çeçenlərlə azərbaycanlılar arasında məişət zəminində münaqişə yaşanıb. Davadan sorna azərbaycanlılar avtomobillə hadisə yerindən qaçaraq gizlənib. Biz müddət sonra avtomobil tapılıb, içərisində olan 27-32 yaş arası 4 kişi isə saxlanılıb. Onlardan 4 bıçaq, elektroşok cihazı və tapança götürülüb. Ehtiyatsızlıqdan insanın ölümünə səbəb olaraq sağlamlığa bilərəkdən ağır xəsarət yetirməsi maddəsi ilə cinayət işi açılıb.  

Bununla belə, REN TV kanalının yaydığı müşahidə kameralarındakı görüntülərə əsasən, kafeyə məhz silahlanmış çeçenlər daxil olmaq istəyib. Bunu edə bilmədiklərini görəndə onlar tapançadan kafeyə atəş açıb və içəridə olan azərbaycanlılara qarşı nalayiq ifadələr və jestlər işlədiblər. Kafe əməkdaşının ifadələrinə görə, münaqişə tərəfləri hadisədən əvvəl kafedə sakit şəkildə söhbət ediblər. Bıçaqlaşmanın “Dialoq” kafesində baş verdiyi bildirilir. Həmin kafe rayon polis idarəsindən 150 metr məsafədə və Rosqvardiyanın rayon üzrə bölməsinin yaxınlığında yerləşir. 

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri