Avq
2017
12:21
19
157
9806
Virtual karabakh

Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında dava - VİDEO

9 Avq, 2017
12:21
9806

Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında dava - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb. 

Oxu.Az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, 60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə “Neftçilər” metrostansiyası yaxınlığındakı dayanacaqda baş verib.

Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub. Sərnişin qapının ağzında duraraq, digər sərnişinlərin aşağı düşməsinə imkan verməyib.

Sərnişinlərin etirazından sonra o, aşağı düşərək sürücü tərəfə gəlib, onun aşağı düşməsini tələb edib. O, avtobusun şüşəsinə zərbə də vurub.

Nəticədə polis hadisə yerinə gələrək mübahisə edən iki sərnişindən birini tutub. Sürücüyə hücum edən şəxs isə qaçmağı bacarıb.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri