11 
Avq
2017
13:35
44
92
6595
Virtual karabakh

Eldar Sultanova ağır itki üz verib – YENİLƏNİB

11 Avq, 2017
13:35
6595

Eldar Sultanova ağır itki üz verib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin!

11:13

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova ağır itki üz verib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Eldar Sultanovun bacısı oğlu Ramin vəfat edib.

Allah rəhmət eləsin...

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri