11 
Avq
2017
11:43
145
14
1996
Virtual karabakh

Lənkəranda qanunsuz ağac kəsən şəxs cərimələnib

11 Avq, 2017
11:43
1996

Lənkəranda qanunsuz ağac kəsən şəxs cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə,  keçirilən reyd zamanı müəyyən edilib ki, kəsilən 24-40 sm diametrdə yaşköküstə ağaclar rayonun Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aiddir.

Ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib olunub və  qanun pozucusuna 2450 manat məbləğində cərimə tətbiq edilib.

R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün iş üzrə toplanmış materiallar Lənkəran şəhər  Prokurorluğuna  göndərilib.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri