11 
Avq
2017
12:37
12
114
1802
Virtual karabakh

Sumqayıt sakinini avtomobil vuraraq öldürüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, avqustun 10-da, saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

İ.F.

www.oxu.az

Digər Cəmiyyət xəbərləri