11 
Avq
2017
13:45
322
30
11025
Virtual karabakh

Keçmiş icra başçısının qohumu işdən qovuldu

11 Avq, 2017
13:45
11025

Keçmiş icra başçısının qohumu işdən qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

Onun müavini, polis polkovnik-leytenantı Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qohumudur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri