12 
Avq
2017
09:14
27
314
13145
Virtual karabakh

Gürcüstan sərhədində böyük tıxac – “Bizə zülm edirlər” – VİDEO

12 Avq, 2017
09:14
13145

Gürcüstan sərhədində böyük tıxac – “Bizə zülm edirlər” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

Oxu.Az bildirir ki, bu barədə bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildirib ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar.

Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir:

“Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan “Qazel”lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı…”

Qeyd edək ki, gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri