12 
Avq
2017
10:46
32
257
8077
Virtual karabakh

Rusiyada ac pişiklər sahibini və bir-birini yedilər

Rusiyanın Omsk şəhərində təqaüdçünün gəmirilən meyiti aşkarlanıb.

Oxu.Az-ın  life.ru-ya istinadən verdiyi məlumata görə, ölmüş təqaüdçünü gəmirən 40 pişik sonra bir birini yeməyə başlayıb.

Təqaüdçünün qonşuları onu sonuncu dəfə iyulun əvvəli görüb. Lakin kişinin evdən nadir hallarda çıxdığını düşünən sakinlər, narahatlığa səbəb görməyib. Bir müddət sonra kişini nə küçədə, nə də mağaza görməyən qonşular onu axtarmağa başlayıb və avqustun 10-da tapıblar. Ölmüş tədaüdçünün meyidinin yanında bir diri və bir necə ölü pişik tapılıb. 

İ.F.

www.oxu.az

Digər Cəmiyyət xəbərləri