14 
Apr
2014
11:55
16
16
3448
Virtual karabakh

“AvtoFM” dinləyicilərini sevindirməkdə davam edir - FOTO

14 Apr, 2014
11:55
3448

“AvtoFM” dinləyicilərini sevindirməkdə davam edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suallara doğru cavab verən 3 nəfər dinləyici qalib olub.

Yeni radiodalğa “AvtoFM” dinləyicilərini yeni-yeni hədiyyələrlə sevindirməkdə davam edir.

Oxu.Az xəbər verir ki, Novruz bayramı ərəfəsində DJ Günelin (Günel Hümbətova) aparıcısı olduğu “Şirin Çay”  verilişinin daha üç qalibi  mükafatlandırılıb.

Seçmə suallara doğru cavab verməklə qalib gələn hər bir dinləyiciyə, DJ Günel və Unibankın ictimai əlaqələr üzrə  mütəxəssisi Leyla Bağırova  tərəfindən hədiyyə paketi, Unibankın Visa Gold kartı və 50 AZN məbləğində pul mükafatı təqdim edilib. Gold kartın üstünlüyü ondan ibarətdir ki, Unibankın bu kartı ilə  dünyanın hər bir  nöqtəsində nağd pul çıxarmaq və istənilən ticarət və xidmət müəssisəsində alış-veriş həyata keçirmək mümkündür.

Qaliblər:

Abdullayeva Xatirə Məhəmməd qızı;

Balaəliyev Eldar Hüseyn oğlu;

Abdullayeva Leyla Rauf qızı.

Qeyd edək ki, müsabiqənin tərəfdaşı Unibankdır. 

“AvtoFM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyan proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanır.

Beləliklə, gün ərzində avto aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radiodalğalarınızı 107.7 FM tezliyində yayımlanan “AvtoFM”-ə kökləyin.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri