14 
Avq
2017
17:27
151
57
5705
Virtual karabakh

Lütfi Zadənin xalası qızı: O, ABŞ-ı unuda bilməz

14 Avq, 2017
17:27
5705

Lütfi Zadənin xalası qızı: O, ABŞ-ı unuda bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lütfi Zadənin vəziyyəti stabil və yaxşıdır”.

Oxu.Az xəbər verir ki, bunu Kulis.az-a açıqlamasında alimin xalası qızı rejissor, Azərbaycanın Xalq artisti Cənnət Səlimova söyləyib.

Qohumuna dəymək üçün ABŞ-a getməyə hazırlaşdığını bildirən Cənnət Səlimova onunla bir neçə gün əvvəl əlaqə saxladığını söyləyib: “Mənə zəng edib başsağlığı verdilər, qorxdum, tez ona zəng etdim. Amma onunla yox, onun yanında qalan tibb bacısıyla danışdım. O dedi ki, Lütfi Zadə yaxşıdır, yanımda oturub, yemək yeyir. Həkim də dedi ki, normaldır, onunla bağlı hər şey yaxşıdır. Bilirsiniz, onun 95 yaşı var, telefona gələ bilmir, ona danışmaq, hərəkət etmək çətindir. Amma mənə dedilər ki, vəziyyəti yaxşıdır və həkimlərin nəzarətindədir.

O ki qaldı vəsiyyətə, bu cəfəngiyyatdır, mən belə bir şey eşitməmişəm, o, vəsiyyət etməyə hazırlaşmır. Azərbaycan onun vətənidir, amma unutmaq da olmaz ki, o, ömrünün çoxunu, 70 il ABŞ-da yaşayıb, ABŞ ona işləməyə şərait verib, dahiyanə alim edib. O universitet praktiki olaraq onun universitetidir. ABŞ ona çox şey verib, o, Azərbaycanı sevib, ABŞ-ı unuda bilməz.

Onun atası da, anası da orada dəfn olunub. Arvadı da bu yaxınlarda orada dəfn olunub və o, arvadını çox sevirdi. O, arvadının ölümünü pis keçirdi. Onun oğlu Norman var, hər şeyə o qərar verəcək. Bu məsələlər mənim işim deyil. Bu, sadəcə, qohum kimi mənim acımdır.

Mən bu vəsiyyət məsələsi ilə bağlı danışmaq da istəmirəm. Lütfi Zadə haqda canlı, normal adam kimi düşünürəm və məncə, insan haqqında başqa cür düşünmək, danışmaq ayıbdır”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri