16 
Avq
2017
11:23
14
43
2241
Virtual karabakh

Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı

16 Avq, 2017
11:23
2241

Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı rus bölməsinin məzunudur.

Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-i III, 108-I IV, 48-i isə V ixtisas qrupunu seçib.

Bu il özəl ali təhsil müəssisələrinə qəbul olma faizi 58.70% olub (44.82%-i I, 52.61-i II, 81.39%-i III, 40.00%-i IV, 45.71%-i isə V qrup üzrə). Qəbul imtahanlarının I mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2579 (41.30%) vakant yer qalıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri