16 
Avq
2017
13:30
53
129
7665
Virtual karabakh

Azərbaycanlı ölkədən külli miqdarda qanunsuz pul çıxarmaq istədi – VİDEO

16 Avq, 2017
13:30
7665

Azərbaycanlı ölkədən külli miqdarda qanunsuz pul çıxarmaq istədi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri