16 
Avq
2017
16:25
11
138
1492
Virtual karabakh

Masallıda evdən 4 min manat oğurlanıb

16 Avq, 2017
16:25
1492

Masallıda evdən 4 min manat oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda evdən xeyli miqdarda pul oğurlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bala Kolatan kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü, Qarabağ müharibəsi veteranı  Məlik Əhməd oğlu Səmədova məxsus evə gündüz saatlarında naməlum şəxs və ya şəxslər girib.

Hadisə baş verən vaxt ailə üzvləri yaxın qohumlarının toyuna hazırlaşırmışlar. Evdən ümumilikdə 4000 manat oğurlandığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri