16 
Avq
2017
23:29
36
297
9735
Virtual karabakh

Deputat: Kim istəyirsə, qonaqlıq verə bilərəm

16 Avq, 2017
23:29
9735

Deputat: Kim istəyirsə, qonaqlıq verə bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” dünən adına layiq oyun nümayiş etdirdi. Nəyi gözləyirdiksə, o da oldu.

Oxu.Az-ın xəbərinə görə, bunu AzVision.az-a millət vəkili Aqil Abbas “Qarabağ” klubunun “Kopenhagen” üzərindəki qələbəsini şərh edərkən deyib.

Deputat bildirib ki, oyunu ölkə xaricində izləyib. 

“Komandamız daha çox qol vura bilərdi. Alınmadı, şansdır. Ancaq möhtəşəm, adına layiq oyun nümayiş etdirdi. Qələbə ilə bütün Azərbaycan xalqını sevindirdi. Oyunu ölkədə olmadığıma görə televiziyadan izlədim. Çox əla qol idi. Qələbə münasibətilə zəng edib Qurban Qurbanovu, futbolçuları , "Qarabağ" komandasının direktoru Əmrah Çəlikəli təbrik etdim”.

A. Abbas “bir dəfə demişdiniz ki, “Qarabağ” qalib gəlsə, qonaqlıq verərəm. Sözünüz hələ də qüvvədədir?” sualına belə cavab verib:

““Qarabağ” qələbə qazandı, qazanmadı mən hər gün qonaqlıq verərəm. Kopenhagendəki oyunu gözləyirəm. İnşallah orada da qələbə qazanarıq. Kim istəyərsə, onda qonaqlıq verə bilərəm. İnanıram ki, komandamız qalib olacaq. Bakıda olsaydım məmnuniyyətlə komanda ilə birlikdə Kopenhagenə gedərdim. Dəfələrlə xaricə gedib komandamızın oyunlarını izləmişəm. Ümid edirəm ki, Avropada yaşayan azərbaycanlılar, türk qardaşlarımız “Qarabağ”ı tək qoymayacaqlar”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri