17 
Avq
2017
10:35
21
137
5367
Virtual karabakh

Bakıda bomba həyəcanı

17 Avq, 2017
10:35
5367

Bakıda bomba həyəcanı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda Neapol dairəsi yaxınlığında “Opel” markalı minik avtomobilində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkarlanmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri