17 
Avq
2017
13:48
24
206
4329
Virtual karabakh

Əfqan Muxtarlının həbs müddəti artırıldı

17 Avq, 2017
13:48
4329

Əfqan Muxtarlının həbs müddəti artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Oxu.Az xəbər verir ki, vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlının həbs müddəti iki ay artırılıb.

Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri