17 
Avq
2017
16:01
18
95
2140
Virtual karabakh

Azərbaycan gənclərinin neçə faizi ali təhsil almaq istəyir? – SORĞU

17 Avq, 2017
16:01
2140

Azərbaycan gənclərinin neçə faizi ali təhsil almaq istəyir? – SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət imtahan Mərkəzinin açıqladığı məlumata görə, 2017-2018-ci tədris ili üçün tələbə adını qazanmaq üçün ali təhsil müəssisələrinə elan olunmuş müsabiqədə 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri tələbə adını qazanıb.

Bəs Bakı sakinləri ali təhsil almaq haqqında nə düşünür? Ümumiyyətlə, ali təhsil almaq vacibdirmi? Hər kəs ali təhsil alıb, diplom və ixtisas sahibi olmalıdırmı?

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edib.

Rəyi öyrənilmiş Bakı sakinlərinin böyük bir qismi ali təhsil almağın tərəfdarıdır (89 %). Xüsusilə qadınlar universitet təhsilinin önəmli olduğunu bildirir (92 %). 16 % kişi üçün ali təhsil mühüm deyil. Sevindirici hal odur ki, gənclərin (18-24 yaş aralığı), demək olar ki, hamısı ali təhsil almağın tərəfdarıdır (93 %). 45-54 yaş aralığında olanlardan hər beşdə biri isə universitet diplomunu önəmsəmir (20 %).

Ali təhsillə bağlı digər məsələ isə son zamanlar dəb halını almış repetitor hazırlığıdır. Həqiqətənmi, əlavə hazırlıq olmadan tələbə adını qazanmaq mümkünsüzdür? Yoxsa yetər ki, savad və istək olsun təhsil almaq üçün?

Respondentlərin yarıdan çoxu repetitor hazırlığının önəmsiz olduğunu və ali təhsil almaq üçün əlavə hazırlığa ehtiyac duyulmadığını düşünür (53 %). Hazırlıq tərəfdarı da kifayət qədərdir (45 %). 2 % rəyi öyrənilmiş sakin isə bu suala cavab verməkdə çətinlik çəkib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri