17 
Avq
2017
22:47
20
152
2304
Virtual karabakh

Bakıda üç binaya isti su verilmir – SƏBƏB + VİDEO

17 Avq, 2017
22:47
2304

Bakıda üç binaya isti su verilmir – SƏBƏB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsində yaşayan üç binanın sakinləri onlara isti suyun verilməməsindən şikayət edirlər.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 248 neftçi ailəsi bir aydan çoxdur ki, isti su üzünə həsrət qalıb.

Səbəb isə mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən qazanxanaya qazın verilməməsidir. Baxmayaraq ki, sakinlər hər ay həm qaz, həm də işıq pulunu vaxtında ödədiklərini deyirlər.

Maraqlısı odur ki, bu problemi sakinlərin fərdi şəkildə həll etmək üçün də imkanı yoxdur, çünki binalarda suqızdırıcı aparatların quraşdırılmasına icazə verilmir.

Problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qazanxanaya qazın verilməsinin dayandırılmasında əsas səbəb “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin quruma olan borcunun ödəməməsidir.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev isə deyib ki, həqiqətən də qurumun “Azəriqaz”a borcu var və problemin tezliklə həll olunması üçün aidiyyəti qurumlara müraciət olunub.

Hər halda aidiyyəti qurumlar da vətəndaşların borcunun olmadığını təsddiqləyir, amma yaranmış vəziyyətdən əziyyət çəkən yenə vətəndaşlardır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri