18 
Avq
2017
13:37
330
26
15264
Virtual karabakh

Barselonadakı Türk restoranının sahibi onlarla insanın həyatını xilas edib - FOTO

18 Avq, 2017
13:37
15264

Barselonadakı Türk restoranının sahibi onlarla insanın həyatını xilas edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barselonadakı Türk restoranının sahibi onlarla insanın həyatını xilas edib.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, 13 adamın öldüyü terror hücumunda yaralıları sahibi olduğu restorana buraxan Ercan Can qapıları bağlayaraq terrorçuların içəri girməsinə mane olub.

Ercan Can hadisənin pərdə arxasını və hücum anında yaşadıqlarından danışıb. Can hücum anında təxminən 15 adamın restoranına sığındığını və həmin kəslərlə birlikdə restoranda gözlədiklərini söyləyib.

Barselonadakı dəhşət anlarını 24 TV-yə telefonla bağlanan Ercan Can "Hadisənin olduğu yerə yaxın bir yerdəydik. Mikroavtobusun divara çırpılıb dayandığını gördüm. Təxminən 10-11 ildir burada yaşayıram. Çöldə yalnız polislər və qəzaya düşən mikroavtobus var idi. Bura Barselonanın tursitlərin ən sıx olduğu prospektlərindən biridir. Hadisə saat 16:30-a kimi davam etdi" ifadələri ilə baş verənləri izah etməyə çalışıb.

Türk restoranı "Luna De İstanbul"un sahibi olan Ercan Can "Qapını bağlamasaydım, içəri girəcəkdilər. Hadisə zaman çöldə olan şahidlərin dediklərinə görə, restorana girə bilməyən iki terrorçu blokdan içəri girib, yuxarı çıxıblar" deyib.

İspan mətbuatı terrorçunun 20-25 yaşlarında və Mərakeş əsilli bir ispan vətəndaşı olduğunu açıqlayıb. İnsanları əzən mikroavtobusun içində Driss Oukabirin şəxsiyyət vəsiqəsi tapılıb. O, Barselonanın şimalındakı Ripoll şəhərində dünən gecə saatlarında könüllü olaraq polisə gedərək təslim olub və "Vəsiqəmi qardaşım oğurlayıb, mən günahsızam" deyib. Oukabir nəzarətə alınıb. İndi Drissin 18 yaşlı qardaşı Moussa axtarılır.

Polis Las Ramblasdakı bu terakt zamanı xeyli sayda ölənin olduğu haqda məlumat verib.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri