18 
Avq
2017
16:35
43
168
6970
Virtual karabakh

Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava

18 Avq, 2017
16:35
6970

Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nijni Novqorodda topdansatış meyvə-tərəvəz bazarında Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava baş verib.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, davada təxminən 150 nəfər iştirak edib. Konfliktə səbəb azərbaycanlı satıcı ilə özbək alıcı arasındakı dava olub. Belə ki, sonuncu avtomobilini azərbaycanlıya aid piştaxtanın qarşısında saxlayıb. Satıcı avtomobili həmin yerdən uzaqlaşdırmağı tələb edəndə ikili arasında dava başlayıb. Şahidlərin sözlərinə görə, özbək alıcının “azərbaycanlılar arasında kişi yoxdur” deməsi davanın daha da qızışmasına səbəb olub.

Nəticədə azərbaycanlılar alıcını döyərək bazardan qovublar. Növbəti gün özbək qisas almaq üçün bir qrup taciklə qayıdıb. Onlar bazara bir neçə avtomobillə üzərlərində daş, armatur çubuqlar və bıçaqlarla gəliblər.

Dava hadisə yerinə polisin gəlməsi ilə başa çatıb.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri