18 
Avq
2017
20:46
14
366
7886
Virtual karabakh

Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi məlum olub – YENİLƏNİB

18 Avq, 2017
20:46
7886

Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi məlum olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə beyninə yığılan çirk 7 yaşlı uşağın ölümünə səbəb olub. 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlu xəstəxanada dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-nın Qarabağ bürosuna uşağın atası Şahin Hüseynov məlumat verib.

“Mənim uşağımı 3 ay əvvəl balaca küçük dişləmişdi. Heç qanamamışdı yarası. Üç gün əvvəl dişi ağrıdı, apardım həkimə. Həkim dedi ki, diş çirk edib çəkə bilmərəm. Evə gətirdikdən sonra uşaq bizdən xəbərsiz gedib mağazadan dondurma alıb yeyib. Gecə saatlarında uşağın bədən hərarəti 40 dərəcəyə çatdı. Apardıq həkimə, həkim dedi gecikmisiniz, uşağın başına çirk yığılıb”, deyə Ş.Hüseynov bildirib.

Qeyd edək ki, bundan əvvəl uşağın it dişləməsi nəticəsində dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanıb.

18:48

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.

Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri