19 
Avq
2017
00:08
105
108
1966
Virtual karabakh

Ekspert: Skaut forumu bizi dünyaya fərqli formada təqdim etdi

19 Avq, 2017
00:08
1966

Ekspert: Skaut forumu bizi dünyaya fərqli formada təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşdı.

Oxu.Az-ın məlumatına görə, forumunun əhəmiyyətindən danışan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov SİA-ya açıqlamasında deyib ki, Bakı Konqres mərkəzində baş tutan və avqustun 18-dək davam edəcək tədbirin Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir: 

“Bu forum bir daha ölkəmizdə olan bəşəri, tolerant mühitin əyani təqdimatı idi. Son 10 ildə ölkəmiz həm siyasi, həm iqtisadi, həm mədəni, həm də sosial sahələr üzrə dünya forumlarına ev sahibliyi edir. Bilirsiniz ki, hər hansı strateji beynəlxalq layihəyə ev sahibliyi etmək üçün ilk növbədə o ölkənin siyasi və iqtisadi gücü, strateji sabitlik formulası nəzərdən keçirilir. Bu mənada Azərbaycan bir daha bu forum vasitəsi ilə dünyaya öz sözünü demiş oldu.

Forumun iştirakçılarının dünya səviyyəli siyasətçilər olması isə həqiqətən də ölkəmiz üçün böyük uğurdur. BMT-nin keçmiş baş katibi Pan Gi Munun Prezident İlham Əliyev haqqında söylədikləri həm də dünyaya göndərilən mesajdır. Baş katib tərəfindən İlham Əliyevin sülhpərvər siyasətçi kimi təqdim olunması həm də Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin müdafiəsi kimi qiymətləndirilməlidir. Skaut forumu bizi dünyaya fərqli formada təqdim etdi”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri