19 
Avq
2017
10:06
250
46
30749
Virtual karabakh

Yaşadığınız ərazidə sahibsiz itlər varsa, bu nömrəyə zəng edin – VİDEO

19 Avq, 2017
10:06
30749

Yaşadığınız ərazidə sahibsiz itlər varsa, bu nömrəyə zəng edin – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bu ilin sonuna kimi bütün sahibsiz itlər zərərsizləşdiriləcək. Artıq işlərə də başlanılıb. Sumqayıtda isə 50-yə yaxın sahibsiz it zibilpoliqonun yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Məqsəd heyvanlar arasında quduzluq halının artmasının qarşısını almaqdır.

Sumqayıtda 5 yaşlı uşağın sahibsiz itin dişləməsi nəticəsində ölməsi əlaqədar qurumları hərəkətə keçirib.

Oxu.Az "XəzərXəbər”ə istinadən xəbər verir ki, ilk olaraq Sumqayıtda sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərinə başlanılıb. Sumqayıt şəhər Təmizlik departamentindən bildirildi ki, şəhərin bütün istiqamətlərindən yığılan küçə itləri Sumqayıtdan 15 kilometr uzaqda yerləşən şəhər poliqonuna daşınır.

Xüsusilə 10-cu mikrorayon ərazisində 50-yə yaxın sahibsiz it şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Sumqayıt Şəhər Təmizlik Departamentinin baş direktoru Məhəmməd Məmmədovun sözlərinə görə, həmin itlərdə quduzluq əlaməti olarsa, ciddi tədbirlər görüləcək. Qurumdan bildiriblər ki istənilən halda itlərin öldürülməsindən söhbət gedə bilməz. Atılacaq addımlar, sadəcə, onların çoxalmasının qarşısının alınması ilə bağlı olacaq.

Apardığımz müşahidələr göstərdi ki sahibsiz itlərlə bağlı vəziyyət heç paytaxtda da fərqli deyil. Belə ki, paytaxtın bir çox yerlərində, hətta parklarda da çoxlu sayda sahibsiz itlərə rast gəlinir. 

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov mətbuata verdiyi açıqlamada bildirib ki, ilin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək.

Hazırda bu istiqamətdə işlər görülür. İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır.

Sahə rəisi həmçinin bildirib ki, "İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bununla yanaşı, hər bir vətəndaş itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilər".  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri