19 
Avq
2017
12:03
42
643
19588
Virtual karabakh

Azərbaycanda deputat atasına heykəl qoydurdu – FOTO

19 Avq, 2017
12:03
19588

Azərbaycanda deputat atasına heykəl qoydurdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilov atasına heykəl qoydurduğu üçün sosial şəbəkələrdə sərt tənqid olunub. 

Oxu.Az xəbər verir ki, deputat atası Gülbaba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. 

Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühüm günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir.

Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilov atasına heykəl qoyulması ilə bağlı yayılan xəbərlərə və Şamaxı rayon sakini Ağamikayıl Cəbrayılovun ittihamlarına Ölkə.Az vasitəsilə münasibət bildirib.

R.Xəlilov deyib ki, heykəlin fotosunu yayan şəxs Şamaxı sakinidir: “Həmin adam Şamaxıda oturub, bizim kəndə müdaxilə edir, cəfəngiyyat danışır. Onun söylədiyi fikirlərin hamısı iftira və yalandır. Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir. Mən həmin adama cavab verməyi belə özümə yaraşdırmıram”. 

Deputat qeyd edib ki, ona qarşı bu cür şər-böhtan xarakterli hərəkətlər davam etsə, məhkəməyə müraciət edəcək: “Hələ istəmirəm ki, məsələ ilə bağlı məhkəməyə müraciət edim. Ancaq belə davam etsə, məcbur olub, məhkəməyə müraciət edəcəm. Şamaxıdan olan həmin adam bizə şər-böhtan atır. O adamın qardaşı bizim kənddə yaşayır və bizim nəslimizi yaxşı tanıyır. Atamın rayonumuz üçün gördüyü faydalı işlər bütün Azərbaycana məlumdur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri