21 
Avq
2017
10:30
18
137
6643
Virtual karabakh

Tovuzda iki avtomobil toqquşub, ölən var - YENİLƏNİB + FOTO

21 Avq, 2017
10:30
6643

Tovuzda iki avtomobil toqquşub, ölən var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində ölənlərin kimliyi məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.

Hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin avtomobildə olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

09:45

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində ölüb, sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri