21 
Avq
2017
09:42
15
43
1761
Virtual karabakh

Qlobal Gənc Liderlər Forumu öz işinə başlayır

21 Avq, 2017
09:42
1761

Qlobal Gənc Liderlər Forumu öz işinə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda Qlobal Gənc Liderlər Forumu öz işinə başlayır.

Oxu.Az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur. Forum avqustun 24-dək davam edəcək.

Foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, forumda bəzi ölkələrin sabiq hökumət rəhbərləri, nüfuzlu ictimai xadimlər,  habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da iştirakı planlaşdırılır. 

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri