21 
Avq
2017
10:15
9
31
1924
Virtual karabakh

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır

21 Avq, 2017
10:15
1924

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən  məlumat verilib. Məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır. Abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri