21 
Avq
2017
11:26
24
129
4093
Virtual karabakh

Qazaxıstana 48 kq qızıl keçirmək istəyən azərbaycanlı tutulub

21 Avq, 2017
11:26
4093

Qazaxıstana 48 kq qızıl keçirmək istəyən azərbaycanlı tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutulub.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da “İstanbul-Astana” reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

İ.F.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri