21 
Avq
2017
12:31
87
26
1785
Virtual karabakh

Səhiyyə Nazirliyi:Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb

21 Avq, 2017
12:31
1785

Səhiyyə Nazirliyi:Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Türkiyə ərazisində geniş yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb".

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, sərhəddən keçən və hər hansı xəstəliklərlə bağlı şübhəli bilinən bütün vətəndaşlar müayinə olunur: "Onların arasında Koksaki virusu qeydə alınmayıb və bu xəstəlik, ümumiyyətlə, ölkədə yoxdur. Nəinki Koksaki, digər yoluxucu xəstəliklərin də ölkəyə keçməməsi üçün daim gücləndirilmiş işlər görülür.

Ümumiyyətlə, ölkədə yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət tam sabitdir və hər hansı xəstəliyin qeydə alınması, artımı müşahidə olunmayıb. Ərəb ölkələrində də bəzi xəstəliklər yayılır. Bu il ərzində ərəb ölkələrindən kifayət qədər turist ölkəmizə səfər etsə də, onlar vasitəsilə hər hansı yoluxucu xəstəliklərin Azərbaycana keçməsi qeydə alınmayıb. Bununla bağlı narahatlığa əsas yoxdur”.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri