21 
Avq
2017
13:24
107
36
2411
Virtual karabakh

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlanıb

21 Avq, 2017
13:24
2411

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlarla bağlı hazırlıqlar başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)verilən bildiriblər. Belə ki, ilk zəvvarlar avqustun 24-də yola salınacaq.

Həmin gün ilk zəvvar qafiləsinin saat 06:10, ikincinin isə 07:30-da yola salınması nəzərdə tutulub.

Digər zəvvarlar avqustun 25-i və 26-sı tarixlərində Səudiyyə Ərəbistanına yola salınacaq. Zəvvarların qayıdışı sentyabrın 12-nə planlaşdırılır.

QMİ-dən bildirilib ki, zəvvar namizədləri arasında hər hansı şəxsi səbəbdən imtina edənlər olduqda onların yerinə getmək üçün növbədə olan digər namizələr qeydə alınır.

Bu il səhhətinin pisləşməsi, yaxınlarının rəhmətə getməsi və s. səbəbdən Həcc səfərindən 10-a yaxın şəxs imtina edib. QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək istəyənlər çox olsa da, kvota dolduğu üçün onlar növbəti illərdə getməli olurlar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri