23 
Avq
2017
08:53
14
194
10113
Virtual karabakh

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlandı

23 Avq, 2017
08:53
10113

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Oxu.Az-ın Report-a istinadla xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Savalan qəsəbəsində küçədə orta yaşlı kişi (hələlik adı açıqlanmır) 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə ona salam vermədiyinə görə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Nəticədə R.İbrahimov ürək nahiyəsindən bıçaqlanıb.

Qardaşının bıçaqlandığını görən 1978-ci il təvəllüdlü İbrahimov Ramin Rüstəm oğlu və 1999-cu il təvəllüdlü İbrahimov Rəhman Rüstəm oğlu hadisəni törədən şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı həmin şəxslər də bıçaqlanıb.

Bıçaqlananların üçü də xəstəxanaya yerləşdirilib. Onlardan Ruslan İbrahimovun və Ramin İbrahimovun vəziyyəti olduqca ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs axtarışdadır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri